Bərdədəki Heydər Əliyev adına park-bulvar kompleksində Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan rayon MKS-nin təşkilatçılığı ilə “Oxu bayramı” keçirilib.

Tədbir zamanı müxtəlif mövzularda təşkil olunan kitab sərgiləri, Mərkəzi kitabxananın dərnək üzvlərinin əl işləri, rəsmlər nümayiş etdirilib. Dahi şair İmadəddin Nəsimi obrazının canlandırılması, şairin qəzəllərinin ifa edilməsi iştirakçıların marağına səbəb olub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş oxu müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.