Qusar Dövlət Ləzgi Dram Teatrı may ayından başlayaraq rayonun kənd və qəsəbələrdə İsgəndər Coşqunun “Çal oyna”, Xanımana Əlibəylinin “Dovşanın ad günü”, Rəvan Tohidoğlunun “Bir də etmərəm”, Əli Əmirlinin “Səhnədə məhəbbət” tamaşalarını nümayiş etdirir.
Bu günlərdə isə Qusar Dövlət Ləzgi Dram Teatrında Hüseynbala Mirələmovun “Vəsiyyət” tamaşası təhvil verilib. Baş məşqdə əsərin müəllifi H.Mirələmov da iştirak edib.
Tamaşanın baş rejissoru Laləzar Hüseynova (Azərbaycanın Əməkdar mədəniyyət işçisi və Dağıstanın Əməkdar artisti), quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.