Noyabrın 21-də Nizami Kino Mərkəzinin “Kinoklub” layihəsi çərçivəsində ilk film nümayişi olub. İştirakçılar rejissor Teymur Hacıyevin “Yara” filmini izlədikdən sonra maraqlı diskussiya keçirib, fikirlərini bölüşüblər. Diskussiyada aktrisa Aydan Axundzadə, gənc yazıçı Camal İsmayıllı, media nümayəndələri və layihənin ideya müəllifi Zəhra Bədəlbəyli iştirak edib.
“Kinoklub”da film həvəskarları ilə görüşlər həftədə müntəzəm olaraq davam edəcək. Layihənin məqsədi gənclərdə kinematoqrafa marağın artırılması, filmlərin müzakirəsi və tanınan rejissorlarla bərabər sənətə yeni addım atanlara dəstək olmaqdır.