Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi kitabxanası Mədəniyyət və İncəsənət Universiteti ilə birgə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib.
Universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru Məryəm Əlizadə, MKS-nin direktoru Lətifə Məmmədova, digər çıxış edənlər ölkəmizdə 1992-1993-cü illərdə baş verən hadisələrdən bəhs edib, ulu öndər Heydər Əliyevin ağır vəziyyətdə olan xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın siyasi, iqtisadi, sosial-mədəni xilasının əsasını qoyduğunu bildiriblər.