Yeni bədii filmin təqdimat mərasimi

Dekabrın 19-da Nizami Kino Mərkəzində rejissor Asif Rüstəmovun "Axınla üzü aşağı" bədii filminin təqdimat mərasimi keçiriləcək. Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifi Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov və icraçı prodüseri Nadir Əliyevdir. Ailə-məişət mövzusunda olan filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıblar.