Qusar Dövlət Ləzgi Dram Teatrında Rafiq Rəhimlinin “Sönmüş talelər” əsərinin məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Şaiq Qardaşovdur.
Rollarda Kəmalə Səfərova, Tofiq Mustafayev, Namiq Mustafayev, Sədaqət Əlimuradova, Lalə Qurbanova, Yuri Kərimov və başqaları çıxış edir.
Tamaşanın iyul ayında təqdim olunması nəzərdə tutulub. Teatr gələn mövsümdə sənətsevərlərə repertuarından daha 5 səhnə əsəri – “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Səhnədə məhəbbət”, “Əsir qadın”, “Yeni müdir” tamaşalarını təqdim edəcək.
Tamaşalar Qusar Mədəniyyət Sarayının səhnəsində nümayiş etdiriləcək. Teatr 27-ci mövsümə iyul ayının sonunda yekun vuracaq.