Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə keçirilən “Azərbaycan mədəniyyət və ədəbiyyatı günləri” çərçivəsində son layihə olaraq “Turon” Kitabxana-İnformasiya Mərkəzi ilə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənəddə birgə layihələrin icrası, müxtəlif tədbirlərin keçirilməsi, Azərbaycan və Özbəkistanın mədəniyyətinin, ədəbiyyatının qarşılıqlı təbliği, elmi və mədəni irsinin öyrənilməsi, qarşılıqlı olaraq konfrans, seminar, müsabiqə və festivallarda iştirak, Azərbaycan dilinin öyrənilməsi imkanının yaradılması, kitabxanalar arasında təcrübə və kitab mübadiləsinin həyata keçirilməsi və s. tədbirlər nəzərdə tutulur.
Memorandumu Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Turon” İnformasiya-Kitabxana Mərkəzinin direktoru Dildora Abduəzizova imzalayıb.