Cənubi azərbaycanlıların I Dünya müharibəsi dövründə yaşayışı ekrana gələcək

İran və Türkiyənin müştərək layihəsi əsasında azərbaycanlıların I Dünya müharibəsi dövründə yaşayışını əks etdirən serial çəkiləcək. Qəhrəmanının adı ilə “Ayatay” adlandırılacaq serialın istehsalına 2015-ci ilin martında başlanacaq. Serialın rejissoru və ssenari müəllifi iranlı kinorejissor Hüseyn Pursəttar, prodüseri Cəlil Əsğəridir.
Türkiyənin “Asli İslamoğlu” film şirkəti ilə birgə istehsal olunacaq serial İranın Şərqi Azərbaycan vilayətinin Təbriz, Vərzəqan, Əhər şəhərlərində və Tehranda çəkiləcək. Türkiyədə isə çəkilişlər İstanbul, Ankara və Ərzurum şəhərlərində aparılacaq. Filmin bəzi hissələrinin Azərbaycanda çəkilməsi nəzərdə tutulub.
Serialda Türkiyə və İranın tanınmış aktyorları rol alacaqlar. Ekran əsəri Türkiyənin “Show TV” və İranın “Nomayeş” kanalında yayımlanacaq.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar