Dekabrın 19-da Nizami Kino Mərkəzində dövlət sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Axınla aşağı" bədii filminin təqdimatı keçiriləcək. İdmançı gənclərin həyatı fonunda inkişaf edən psixoloji ailə dramının ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Rollarda Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar çəkilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar