İyunun 27-də Azərbaycan Bəstəkarlar İttifaqında Şəki şəhərində təşkil ediləcək “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalına həsr olunan mətbuat konfransı keçiriləcək.

Bəstəkarlar İttifaqından verilən məlumatda bildirilir ki, həmin gün həmçinin Bəstəkarlar İttifaqında “Nəsimiyə ithaf” layihəsi üzrə Nəsiminin qəzəllərinə yazılmış musiqi əsərlərindən ibarət konsert və rəsm əsərlərinin sərgisi də təşkil ediləcək.