İyunun 10-dan 21-dək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Uşaq musiqi və incəsənət məktəblərində fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması” mövzusunda yeni tədris modulları əsasında növbəti ixtisasartırma kurslarının II hissəsi keçirilib.
Kurs kuratoru Abbas Kərimov tərəfindən aparılan təlimdə dinləyicilər fortepiano və royalın tarixi və hissələri haqqında, bu alətlərin mexanikası ilə tanışlıq, mexanikanın nizamlanması, təmiri metodu, çəkiclərin təmiri, pedalların təmiri və nizamlanması ilə bağlı bilik və bacarıqlar əldə ediblər.
Təlimləri bitirən dinləyicilərə beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim edilib.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Leyla Mehdiyeva çıxış edərək dinləyicilərə uğurlar diləyib.