Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi iyulun 3-dən 12-dək yazıçı Sevinc Elsevərin “Ürəyində arzu tut” tamaşası ilə Gəncə, Sabirabad və Şəkidə qastrol səfərində olacaq.
Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rollarda Əməkdar artist Xatirə Süleymanova, aktyorlar Şəbnəm Cabrayılova, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova və Arzuman Tanrıverdi çıxış edəcəklər.