Məşhur aktyorlar Pyer Rişar və Jerar Depardye yeni filmdə tərəf-müqabil olublar

Fransada görkəmli rus yazıçısı Anton Çexovun əsərlərinin motivləri əsasında filmin çəkilişləri başlayıb. Film bir neçə novelladan ibarət olacaq. Novellaların birində Fransa kinosunun əfsanələri Pyer Rişar və Jerar Depardye rol alıblar. Onlar Çexovun “Aqafya” hekayəsinin əsasında ekranlaşdırılan novellada oynayırlar. Filmdə Jerar Depardye qadınlar arasında populyar olan işsiz kəndli Savka rolunu, Pyer Rişar isə onun dostunu canlandırıb.
Pyer Rişarın 80, Jerar Depardyenin isə 66 yaşı var. Məşhur aktyorların birgə çıxış etdikləri son film 1986-cı ildə ekranlara çıxan “Qaçaqlar” filmidir.