Paytaxtımızda keçiriləcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı mədəniyyət ocaqları, o cümlədən muzeylər maraqlı tədbirlər proqramı hazırlayıb.
İyunun 28-də Azərbaycan İstiqlal Muzeyində açılacaq “Azərbaycan: tolerantlıq ünvanı” adlı sərgi də bu qəbildəndir.
Sessiyada tolerantlıq mövzusuna toxunulacaq, digər inanc və əqidələrə dözümlü yanaşmadan söhbət açılacaq.
Təqdim ediləcək sərgidə keçmiş Azərbaycan Dövlət Din Tarixi Muzeyinin fondunda qorunub saxlanılan müxtəlif dinlərə məxsus 50-yə qədər əşya nümayiş etdiriləcək.