Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində “Yenə o bağ olaydı” adlı səyyar sərgi açılıb.
YARAT Müasir İncəsənət Məkanının təqdim etdiyi sərgi adını Azərbaycanın əbədiyaşar şairi Mikayıl Müşfiqin məşhur şeirindən götürüb.
Tədbiri YARAT Müasir İncəsənət Məkanının İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Hökümə Kərimova açıb.
Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova iştirakçıları salamlayıb və bu kimi tədbirlərin şəhər rəhbərliyi tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.
YARAT Müasir İncəsənət Məkanının bədii direktoru Suad Qarayeva çıxış edərək şəhər rəhbərliyinə və bütün sərgi iştirakçılara öz minnətdarlığını bildirib.
Sonra sərginin kuratoru Anna Fech sərgi haqqında ətraflı məlumat verib.
Tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə gənc rəssamlar Nəzrin Məmmədova, Vüsalə Ağarazıyeva, Mousa Bəyzadə, Günay Əliyeva və Etibar İsmayılovun əsərləri nümayiş etdirilib.
Qeyd edək ki, sərgi sentyabrın 20-dək davam edəcək.