Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə rəssam-dizayner Aygün İlyasovanın tələbələrinin “Uşaqlar sevinsin deyə...” adlı xeyriyyə sərgisi keçirilib. Tədbir Sumqayıt şəhərinin 70 illik yubiley tədbirləri çərçivəsində təşkil edilib.
Sərgidə hər tələbənin 1-2 rəsm əsəri olmaqla 27 rəsm işi nümayiş olunub, sonda 3 əsər auksiona çıxarılıb.
Qalereyanın direktoru Ellada Həsənova, sərginin təşkilatçısı rəssam Aygün İlyasova və digərləri çıxış edərək bildiriblər ki, belə tədbirlər uşaqlara erkən yaşdan mərhəmət hissini aşılamağa xidmət edir.