Laureatlar artıq “Oskar”ın bir addımlığındadır

ABŞ-da 72-ci “Qızıl qlobus” kino mükafatları öz sahibini tapıb. Kaliforniya ştatının Beverli Hillz şəhərində keçirilən mərasimdə “Ən yaxşı dram filmi” nominasiyası üzrə rejissor Riçard Linkleyterin “Yeniyetməlik dövrü” (“Boyhood”) filmi baş mükafata layiq görülüb. Bundan əlavə, filmdə ana rolunun ifaçısı Patrisiya Arkett və rejissor Riçard Linkleyter “ən yaxşı ikinci plan aktrisası” və “ən yaxşı rejissor işi” nominasiyalarında təltif olunublar.
“Xarici dildə ən yaxşı film” nominasiyasında “Qızıl qlobus”u rusiyalı rejissor Andrey Zvyaqinsevin “Leviafan” filmi qazanıb. Ekran əsəri 2014-cü ildə Kann festivalının əsas müsabiqəsində ssenari üzrə mükafata layiq görülmüşdü.
“Ən yaxşı müzikl və komediya filmi” nominasiyası üzrə Ues Andersonun “Qrand Budapeşt hoteli” (“The Grand Budapest Hotel”) filmi mükafata sahib olub.
Culiana Mur “ən yaxşı dramatik aktrisa”, britaniyalı aktyor Eddi Redmeyn isə “Ən yaxşı dram aktyoru” adına layiq görülüb. “Ən yaxşı komediya aktrisası” adını isə ikinci ildir ki, Emi Adams qazanır. “Ən yaxşı komediya aktyoru” adını Maykl Kiton qazanıb. 53 yaşlı aktyor Corc Kluniyə “kamera önündə və kulisdə göstərdiyi xidmətlərə görə” xüsusi mükafat təqdim edilib. “Ən yaxşı animasiya filmi” “DreamWorks” studiyasının istehsalı olan “Əjdahanı necə əhliləşdirməli 2” filmi seçilib.
“Qızıl qlobus”un laureatı olmaq Amerika Kino Akademiyasının “Oskar” mükafatına gedən ən mühüm mərhələ sayılır. “Qlobus”da fərqlənən filmlər tamaşaçılar kimi akademiklərin də diqqətindən kənarda qalmır. Bu baxımdan rus rejissorun “Leviafan” filmi “xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar”a əsas namizəddir. “Oskar” iddiaçılarının üçlüyü yanvarın 15-də bəlli olacaq. 22 fevral tarixində “Oskar” mükafatı sahiblərinə təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar