Dünya İrsi Gənc Peşəkarlar Forumunun iştirakçıları işgüzar müzakirələrlə yanaşı, ölkələrinin mədəni özünəməxsusluğunu təqdim etmək üçün də vaxt tapıblar.

Bu məqsədlə təşkil olunan mədəniyyət gecəsində iştirakçılar təmsil etdikləri ölkələrin bayraqları, milli mətbəx nümunələri və içkilərindən ibarət nümunələri nümayiş etdiriblər. Milli folklor və musiqi nömrələri, milli rəqslər də tədbirə rəng qatıb.