Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev 60 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edilib və mükafatlandırılıb.
Ədalət Qasım oğlu Hacıyev 1959-cu il iyunun 29-da Bakıda anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə Azərbaycan Komsomolu Mərkəzi Komitəsində başlayıb, 1989-cu ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında işləyir. 1989-2008-ci illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında direktor müavini, 2008-ci ildən isə direktor vəzifəsində çalışır. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2013-cü ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.