“Mədəni irs nümunələri ilə zəngin Azərbaycanın UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi olduqca əhəmiyyətlidir. Bakıda olmaq bizim üçün çox xoşdur”.
Bu sözləri sessiyada iştirak edən Çinin Yançenq Şəhər Bələdiyyəsinin sədri Cao Lubao deyib.
O vurğulayıb ki, iyulun 5-də sessiyada Çinin təqdim etdiyi nominasiya – Sarı dənizin sahilində Bohai boğazında miqrasiya edən köçəri quşların təbii sahəsi Dünya irs siyahısına salınıb: “Bu nominasiyanı 18 ölkə dəstəklədi. Dünya İrs Komitəsinin Bakı sessiyasında qəbul edilən bu qərar bizim üçün böyük uğurdur”.