Gürcüstanda Azərbaycanın Xalq yazıçısı Elçinin “Qatil” pyesi əsasında eyniadlı film çəkilib. Bu barədə məlumat verən Finlandiyada yaşayan həmvətənimiz, rejissor Kamran Şahmərdanın sözlərinə görə, filmin çəkilişləri bu yaxınlarda başa çatıb: “Bu, Gürcüstanla Azərbaycan arasında müştərək layihədir. Montaj və digər işlər bitəndən sonra, yazın axırlarında filmin premyerasının keçirilməsi planlaşdırılır. Gürcü aktyorların oynadığı film Azərbaycan dilinə dublyaj olunacaq”.
Rejissor həmçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında layihə həyata keçirmək fikrində olduqlarını deyib.
Qeyd edək ki, Kamran Şahmərdan indiyədək Azərbaycan Dövlət Rus Dram Teatrında Jan Anuyun “Torağay”, Elçinin “Cəhənnəm kirayənişinləri” əsərlərini, öz əsəri əsasında Azərbaycan Dövlət Kukla Teatrında “Ağ və Qara”, Milli Dram Teatrında Elçinin “Teleskop” tragikomediyası əsasında tamaşalar hazırlayıb.
Rejissor həmçinin ötən il Rusiyanın Kemerovo şəhərində U.Şekspirin “Maqbet”, N.Qoqolun “Evlənmə”, F.Dostoyevskinin “Ölü evdən qeydlər” əsərlərini səhnələşdirib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar