Azərbaycan filmləri yanvarın 19-dan fevralın 22-dək İranda keçirilən 8-ci Vareş beynəlxalq qısametrajlı film festivalında (Varesh International Short Film Festival) iştirak edir.
“Azanfilm” studiyasının istehsalı olan “Əriyən ada”, “Miras”, “Lahıc” sənədli, “Köhnə saat” animasiya filmləri festivalın müsabiqə bölməsində, “Mayak” qısametrajlı bədii filmi isə baxış proqramında yer alıb.
“Əriyən ada”, “Miras”, “Mayak” filmlərinin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, “Lahıc” filminin ssenari müəllifi və rejissoru Tofiq Şahverdiyev, prodüseri Fariz Əhmədov, “Köhnə saat” animasiya filminin rejissoru və ssenari müəllifi Cavid Əhədov, prodüseri Fariz Əhmədovdur.
Festivala müraciət edən 1278 filmdən 168-i proqrama daxil edilib. Onlardan 58-i İran filmi, 110-u isə xarici ekran əsərləridir.
Festivalın əsas məqsədi müxtəlif Xəzəryanı xalqların və etnik qrupların ortaq mədəni irsini təqdim etmək, kino istehsalı sahəsində gənc və istedadlı kinematoqrafçıları müəyyənləşdirərək qarşılıqlı əlaqələrin inkişafına təkan verməkdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar