Monteneqro mətbuatında Qobustan qoruğu haqqında məqalə dərc olunub. Məqalənin müəllifi dünyanın 120-dən çox ölkəsini gəzən monteneqrolu macəraçı Edin Krniçdir. O, Bakının heyranedici gözəlliyindən, Qobustan Milli Tarix-Bədii Qoruğundan bəhs edir, oxucuları Azərbaycanı ziyarət etməyə çağırır.
Edin Krniç səfər etdiyi ölkələrin mədəniyyətini, tarixini, adət-ənənələrini öyrənməklə, araşdırmaqla yanaşı, həmin ölkələrdə Monteneqronu da layiqincə təmsil edir. Xalqları bir-birinə daha da yaxınlaşdırmaqdan zövq alır.