Osakada yerləşən Mozu-Furuiçi kurqanlarının UNESCO-nun Dünya irsi siyahısına daxil edilməsi böyük sevinc doğurub.
NHK telekanalı bununla əlaqədar yapon nümayəndə heyətinin Bakıda təşkil etdiyi qəbul barədə məlumat yayıb.
Bildirilir ki, Sakai, Habikino və Fuci şəhərlərində yerləşən Mozu-Furuiçi kurqanlar toplusu özündə IV-V əsrlərdə inşa edilən 49 məzarlığı birləşdirir. Son 8 ildə Osaka prefekturasının qubernatoru və həmin şəhərlərin merləri birlikdə bu tarixi məkanın UNESCO-nun syahısına salınması ilə əlaqədar birgə iş aparıblar.