Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “İblis” əsərinin İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində nümayiş olunan tamaşasının müəllifi – dramaturq, teatrşünas Hilmi Zafer Şahin “İlin ən yaxşı dramaturqu” nominasiyası üzrə mükafata layiq görülüb.
Türkiyədə ilk dəfə səhnələşdirilən “İblis” əsərinə tanınmış aktrisa, Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova quruluş verib.
Qeyd edək ki, premyerası 2019-cu il aprelin 17-də keçirilən tamaşanın baş məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva, bəstəkarı Xalq artisti Aygün Səmədzadədir.