ABŞ Kinoaktyorları Gildiyası 2014-cü ilin ən yaxşı aktyorlarının (Screen Actors Guild Award) adlarını elan edib. İlin ən yaxşı aktyoru adına “Stiven Hokinqin nəzəriyyəsi” filmində alim Stiven Hokinq obrazını canlandıran britaniyalı Eddi Redmeyn layiq görülüb. “Ən yaxşı aktrisa” kateqoriyasının qalibi isə “Hələ də Elis” filminə görə “Qızıl qlobus” qazanan və “Oskar”a iddiaçı Culiana Mur olub.
Gildiya ən yaxşı aktyor heyəti mükafatını Alexandro Qonsales İnyarritanın “Birdman” filminə təqdim edib.
Dramatik serial filmlərindəki ən yaxşı aktyor heyəti nominasiyasında mükafata “Daunton abbatlığı”, ən yaxşı komediya heyəti nominasiyası üzrə mükafata isə “Narıncı” serialları layiq görülüb. Ən yaxşı ikinci plan ifaçıları “Yeniyetməlik” (Boyhood) filminə görə aktrisa Patrisiya Arket və “Mübtəlalıq” (Whiplash) filmində müəllim rolunu canlandıran aktyor Cey Key Simmons elan olunublar.
100 mindən çox üzvü olan ABŞ Kinoaktyorları Gildiyasının 1995-ci ildən təqdim etdiyi mükafat kino aləmində nüfuzlu mükafatlardan biridir. Gildiya mükafatının sahibləri aktyor istedadına görə çox vaxt “Oskar” mükafatını da qazanırlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar