Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" sənədli filmlər studiyası və Sankt-Peterburqun "Lennauçfilm" kinostudiyası tərəfindən görkəmli azərbaycanlı sərkərdə, çar II Nikolayın general-adyutantı olmuş Hüseyn xan Naxçıvanski haqqında tammetrajlı sənədli filmin istehsalı yekunlaşmaq üzrədir. Çəkilişləri Naxçıvanda, Bakıda və Sankt-Peterburqda aparılan filmdə arxiv materiallarından geniş istifadə olunub. Ekran əsərinin ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur.
Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş süvari qoşunları generalı Hüseyn xan Naxçıvanski sovet hakimiyyətini qəbul etmədiyinə görə bolşeviklər tərəfindən güllələnib.