Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün moda yarışması təşkil olunub.
Tədbirin aparıcısı Fatimə Rüstəmova moda yarışması barədə məlumat verərək iştirakçılara uğurlar arzulayıb.
Sonra ”Sweet baby” rəqs kollektivi çıxış edib.
Münsiflər heyəti qismində rəssam-dizayner Elnarə İskəndərova, “İncilər” uşaq bağçasının direktoru Leyla İbişova, Zığ qəsəbə Mədəniyyət evinin direktoru, modelyer-dizayner Günel İmaməliyeva çıxış ediblər.
I, II, III yerləri tutan uşaqlar diplom, fəxri fərman və hədiyyələrlə təltif olunublar.