Fevralın 5-də Almaniyanın paytaxtında 65-ci Berlin kinofestivalı (Berlinale) işə başlayıb. Avropanın üç ən böyük kinofestivalından biri olan “Berlinale” müsabiqəsinin mükafatları uğrunda 19 film yarışacaq. Proqramda ümumilikdə 441 premyera yer alıb.
Festivalın proqramında Terrens Malik, Verner Hersoq, Cəfər Pənahi, Andreas Drezen, Piter Qrinuey kimi məşhur rejissorların filmləri var. Proqramda Verner Hersoqun “Səhranın kraliçası” filmi də yer alıb. Baş rolu Nikol Kidmanın oynadığı film Yaxın Şərqin tədqiqatçısı və məşhur ingilis diplomatı ərəbistanlı Lourensin rəfiqəsi Gertruda Bell haqqındadır. Ekran əsəri ingilislərin dəstəyi ilə ötən əsrin əvvəlində İordaniyada Haşimilər sülaləsinin hakimiyyətə gəlməsindən bəhs olunur. Festivalda alman kinosunun patriarxı Vim Vendersə festivalın fəxri “Qızıl ayı” mükafatı təqdim ediləcək. Onun “Hər şey yaxşı olacaq” filmi Oliver Xirşbigelin “Elzer” ekran əsəri kimi müsabiqədənkənar göstəriləcək. Film 1939-cu ildə Adolf Hitlerə uğursuz sui-qəsd etmiş Georq Elzer haqqındadır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar