Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və filologiya üzrə elmlər doktoru Şahin Xəlillinin həmmüəllif olduqları “Robert Börns: şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya” adlı yeni dərs vəsaiti çap olunub.

Universitetdən bildirilib ki, dərs vəsaitində Britaniya poeziyasının klassik şairi, şotland əsilli Robert Börnsün həyat və yaradıcılığına dair ədəbi esselər, onun şeir və nəğmələrinin bir qisminin orijinaldan tərcümələri, şərhlər təqdim edilir.

Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Fialə Abdullayeva, rəyçiləri filologiya üzrə elmlər doktorları – professorlar Qorxmaz Quliyev, Rafiq Yusifoğlu və Aynur Sabitovadır.