Zərdab rayon Mərkəzi Kitabxanası şəhər 38 saylı kitabxana filialı ilə birgə 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Açıq kitabxana” guşəsi təşkil edib.
Qaçqın və köçkünlərin məskunlaşdığı Peşə liseyində təşkil edilən tədbirdə əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın tarixi, “Əkinçi” qəzetinin ənənələrinin yaşadılmasından bəhs olunub.
“Açıq kitabxana”da uşaqlar üçün maraqlı kitab və jurnallar da sərgilənib. Uşaqlar kitabxanaya üzv yazılıblar.