Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbi”nin ikinci turu çərçivəsində Lerik rayonuna gələn gənclər mədəniyyət ocaqları ilə tanış olublar.

Onlar Uzunömürlülər, Bayraq və Tarix-diyarşünaslıq muzeyləri, Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Layihə iştirakçıları “Yaradıcı gənclərin inkişafına dövlət dəstəyi” mövzusunda təlimə qatılıblar.