“Yay məktəbi” layihəsi çərçivəsində Bakı şəhəri 5 nömrəli tam orta məktəbin şagirdləri Bakı Kitab Mərkəzinə ekskursiya ediblər.
Məktəblilər Bakı Kitab Mərkəzinin imkanları ilə tanış olub, oxu zalı, elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşələrinə baxış keçirib, elektron tablolar vasitəsilə mərkəzdə satılan kitablar haqqında məlumat alıblar.
Ekskursiyanın təşkil olunmasında məqsəd məktəblilər arasında mütaliə mədəniyyəti və oxu vərdişini inkişaf etdirmək, kitaba olan marağı daha da artırmaqdan ibarətdir.
Qeyd edək ki, ödənişsiz qaydada təşkil olunan “Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 32 məktəbi əhatə edir.
Həftənin 5 günü davam edən “Yay məktəbi” çərçivəsində informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, ekskursiyalar təşkil olunur, şagirdlər maraqlı və əyləncəli vaxt keçirirlər.