Rusiya rejissoru Andrey Zvyaginsevin "Leviafan" filminin nümayişinə guya qadağa qoyulması barədə bəzi xəbər saytlarında məlumat yayılıb. Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi bildirir ki, "Leviafan" filminin Azərbaycanda nümayişi ilə əlaqədar nazirlik tərəfindən heç bir qadağa qoyulmayıb.
"Leviafan" filmi 2014-cü ildə Kann festivalında ssenari üzrə mükafata layiq görülmüşdü, bu yaxınlarda ABŞ-da “Xarici dildə ən yaxşı film” nominasiyasında “Qızıl qlobus” qazanıb. Ekran əsəri hazırda “Oskar” mükafatına əsas iddiaçılar arasındadır.