Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı tədris ilinin bitməsi ilə əlaqədar kitabxanada “Tətilə kitabla gedək” mövzusunda aksiya keçirib.

Aksiya məktəblilərin tətildə asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək, onlarda mütaliə vərdişləri aşılamaq məqsədi daşıyır. Kitabxanada müxtəlif sahələr üzrə kitab sərgiləri təşkil edilib. Uşaqlar sərgi ilə tanış olub, yeni kitablar götürüb və kitabxanaya üzv yazılıblar.