Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Azadə Musabəylinin tərtib etdiyi dördcildlik “Əlyazmalar İnstitutundakı türkdilli əlyazmaların toplu kataloqu” çapdan çıxıb.

Toplu kataloqun elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.

Topluya Əlyazmalar İnstitutunda saxlanılan, ümumi sayı 6121 olan bütün türkdilli əlyazmalarla bağlı biblioqrafik məlumatlar daxildir. Birinci və ikinci cildlər əsər adları üzrə, üçüncü və dördüncü cildlər şəxs (müəllif, tərcüməçi və b.) adları üzrə əlifba sırası ilə tərtib olunub.

Türkdilli əlyazmaların toplu kataloqunun hazırlanması Azərbaycanda ilk belə təşəbbüsdür.