“Transwise” maliyyə şirkətinin analitikləri bu qənaətə gəliblər ki, turistlər arasında populyar olan 100-dən çox ölkədə turistlərin xərcləri artıb.
Mütəxəssislər dünyanın 139 ölkəsində avropalı səyahətçilərin xərclərini keçənilki göstəricilərlə müqayisə ediblər. 105 ölkədə səyahətçilər daha çox pul xərcləməyə başlayıblar. Yalnız 34 ölkədə qiymətlərin azalması qeydə alınıb.
Ən çox artım Misirdə müşayiət olunur. Son bir ildə buraya gələn turistlər 26,8 faiz çox pul xərcləməli olur. Meksikada 11,4 faiz, Tailandda 7 faiz, Yaponiyada və Braziliyada 6,5 faiz, ABŞ-da 6 faiz qiymət artımı qeydə alınıb.
“Transwise” şirkətinin hesablamalarına görə, Rusiyaya səyahət də 4,2 faiz bahalaşıb. Eyni zamanda bəzi ölkələrdə istirahət xərcləri azalıb. Argentinada bu göstərici 8,8 faiz, Avstraliyada 3,4 faiz, Türkiyədə 2,1 faiz həddindədir.
Araşdırmada yay fəslində ailəvi səyahət üçün ən münasib istiqamətlər də müəyyən edilib. “Şəhər istirahəti” kateqoriyasında Mərakeşin qərbində yerləşən Mərrakeş, habelə İstanbul və Afina şəhərləri turistlərin büdcəsinə münasib şəhərlər siyahısına düşüb. Çimərlik istiqamətləri arasında qiymətin və keyfiyyətin ən yaxşı nisbəti baxımından ilk beşliyə Dubay, Antalya, Türkiyənin Marmaris kurortu, Yunanıstanın Krit və Rodos adaları daxildir.