İtaliyada vulkan püskürməsi nəticəsində qədim Roma imperiyasının şəhərlərinin - Pompey, Herkulanum, Stabia və Oplontisin lava və kül altında qalaraq məhv olmasından 1940 il sonra ölkənin Erkolano şəhərində yerləşən Virtual Arxeologiya Muzeyində “Vezuvi qutuda” adlı sərgi açılıb.
Multimedialı bədii şou sərgisi Neapol bədii qalereyasını təmsil edən italyan Cennaro Reqina tərəfindən təşkil edilib.
Kurator Luka Beatris sərgiyə gələnlərə 60 metrlik LED videodivarlarda art-instalyasiyaların nümayişi də daxil olmaqla, 22 sənət əsəri vasitəsilə Vezuvi vulkanının püskürməsi hadisəsini danışır. Ziyarətçilər burada Vezuvinin istənilən mənzərəsinə tamaşa edə bilərlər.
“Vezuvi qutuda” sərgisi sentyabrın 30-dək davam edəcək.