Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçirilir

Xə­bər ver­di­yi­miz ki­mi, öl­kə­miz da­ha bir bey­nəl­xalq təd­bi­rə – XV Av­ro­pa Gənc­lər Yay Olim­pi­ya Fes­ti­va­lı­na ev sa­hib­li­yi edir.

İyu­lun 21-də fes­ti­va­lın “Ba­ku Crys­tal Hall”da tən­tə­nə­li açı­lış mə­ra­si­mi ke­çi­ri­lib. Mə­ra­sim­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti, Mil­li Olim­pi­ya Ko­mi­tə­si­nin rəh­bə­ri İl­ham Əli­yev, Azər­bay­ca­nın bi­rin­ci xa­nı­mı Meh­ri­ban Əli­ye­va, Av­ro­pa Olim­pi­ya Ko­mi­tə­lə­ri­nin pre­zi­den­ti Ya­nes Kos­yan­çiç, iş­ti­rak­çı öl­kə­lə­rin nü­ma­yən­də he­yət­lə­ri­nin rəh­bər­lə­ri iş­ti­rak edib­lər.

Av­ro­pa Gənc­lər Yay Olim­pi­ya Fes­ti­va­lı Bey­nəl­xalq Olim­pi­ya Ko­mi­tə­si­nin hi­ma­yə­si al­tın­da 1991-ci il­dən ke­çi­ri­lir. Bu fes­ti­val 14-18 yaş ara­sı gənc id­man­çı­lar üçün ilk çoxp­ro­fil­li Av­ro­pa təd­bi­ri­dir. Azər­bay­can Av­ro­pa Gənc­lə­ri­nin Olim­pi­ya fes­ti­val­la­rın­da 1993-cü il­dən təm­sil olun­ma­ğa baş­la­yıb.

“Zir­və­lə­rə ha­zı­rıq” de­vi­zi al­tın­da ke­çi­ri­lən “Ba­kı 2019” XV Av­ro­pa Gənc­lər Yay Olim­pi­ya Fes­ti­va­lı­na 48 öl­kə­dən 3900 nə­fər id­man­çı və tex­ni­ki he­yət qa­tı­lıb. Fes­ti­va­lın tən­tə­nə­li açı­lış mə­ra­si­min­də əv­vəl­cə Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət him­ni­nin sə­da­la­rı al­tın­da Mil­li Qvar­di­ya­nın əs­gər­lə­ri döv­lət bay­ra­ğı­nı tən­tə­nə­li şə­kil­də mey­da­na gə­ti­rə­rək ucal­dıb­lar.

Ar­dın­ca iş­ti­rak­çı öl­kə­lə­rin pa­ra­dı ke­çi­ri­lib. Son­ra fes­ti­va­la ev sa­hib­li­yi edən Azər­bay­can haq­qın­da film nü­ma­yiş et­di­ri­lib. Film­də öl­kə­mi­zin ta­ri­xi, mə­də­niy­yə­ti, tə­biəti, adət-ənə­nə­lə­ri, elə­cə də pay­taxt Ba­kı­nın gör­mə­li yer­lə­ri haq­qın­da kadr­lar nü­ma­yiş olu­nub.

Azər­bay­can Res­pub­li­ka­sı Baş Na­zi­ri­nin bi­rin­ci müavi­ni, XV Av­ro­pa Gənc­lər Yay Olim­pi­ya Fes­ti­va­lı­nın Təş­ki­lat Ko­mi­tə­si­nin səd­ri Ya­qub Ey­yu­bov və Av­ro­pa Olim­pi­ya Ko­mi­tə­lə­ri­nin pre­zi­den­ti Ya­nes Kos­yan­çiç mə­ra­sim­də çı­xış edib­lər.

Ya­nes Kos­yan­çiç Azər­bay­ca­nın Olim­pi­ya hə­rə­ka­tın­da fəal iş­ti­ra­kı­nı, 2015-ci il­də ilk Av­ro­pa Oyun­la­rı­na uğur­la ev sa­hib­li­yi et­di­yi­ni vur­ğu­la­yıb. Qeyd edib ki, XV Av­ro­pa Gənc­lər Yay Olim­pi­ya Fes­ti­va­lı, həm­çi­nin Av­ro­pa­da id­man­çı­la­rın ye­ni nəs­li­nin Olim­pi­ya ideal­la­rı, bü­tün xalq­lar ara­sın­da sülh, dost­luq və əmək­daş­lıq amal­la­rı, bü­töv­lük, ink­lü­ziv­lik, həm­rəy­lik, düz­gün­lük və əda­lət­li oyun ide­ya­la­rı ilə for­ma­laş­dı­rıl­ma­sı­nı sü­bu­ta ye­tir­mək für­sə­ti­dir.

Son­ra Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev XV Av­ro­pa Gənc­lər Yay Olim­pi­ya Fes­ti­va­lı­nı açıq elan edib.

Fes­ti­va­lın mə­şə­li­nin yan­dı­rıl­ma­sın­dan son­ra “Qə­lə­bə ele­ment­lə­ri” səh­nə şousu nü­ma­yiş et­di­ri­lib. “Wel­co­me to Azer­baijan” (“Azər­bay­ca­na xoş gəl­mi­si­niz!”) - Av­ro­pa Gənc­lər Yay Olim­pi­ya Fes­ti­va­lı­nın açı­lış mə­ra­si­mi­nin art şousu­nun bi­rin­ci his­sə­si be­lə ad­la­nır­dı. Ar­dın­ca “Kü­lək haq­qın­da əf­sa­nə”, “Şə­hə­rin ya­ran­ma­sı”, “Şə­hər gü­nü bay­ra­mı” ad­lı vo­kal-xo­reoq­ra­fik kom­po­zi­si­ya təq­dim olu­nub. Şounun “Ele­ment­lər” böl­mə­si – “Hə­yat ki­ta­bı”, “Od”, “Xa­rı­bül­bül gü­lü”, “Çö­rək” və “Zey­tun bu­da­ğı” – bu rəmz­lə­rin hər bi­ri adət-ənə­nə­lə­ri, nə­sil­lə­rin ener­ji­si­ni və xalq mə­də­niy­yə­ti­ni özün­də əks et­di­rib. Mə­ra­si­min “Fi­nal” kom­po­zi­si­ya­sın­da “Ba­kı 2019”un hər bir iş­ti­rak­çı­sı öz ar­zu­su­nu, öz yo­lu­nu xa­tır­la­yır və ümid edir ki, bu yol onu qə­lə­bə­yə apa­ra­caq.

Son­da bü­tün iş­ti­rak­çı öl­kə­lə­rin bay­raq­la­rı səh­nə­də dal­ğa­la­nıb.

Qeyd edək ki, Ba­kı­nın 12 id­man ob­yek­tin­də ger­çək­lə­şən XV Av­ro­pa Gənc­lər Yay Olim­pi­ya Fes­ti­va­lın­da  iş­ti­rak­çı­lar 135 dəst me­dal uğ­run­da mü­ba­ri­zə apa­rır­lar. Fes­ti­val­da öl­kə­mi­zi 122 id­man­çı təm­sil edir. Azər­bay­can təm­sil­çi­lə­ri ilk gün­dən uğur­la çı­xış edir­lər. Fes­ti­val iyu­lun 27-də ba­şa ça­ta­caq.