Fevralın 23-də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Azərbaycan rusları” sənədli filminin təqdimatı olacaq. Filmin rejissoru Cavid İmamverdiyev, ideya və ssenari müəllifi Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelindir.
İcmanın mətbuat xidmətindən bildiriblər ki, ekran əsərində rusların Azərbaycana köçməsindən, respublikanın mədəni və iqtisadi inkişafında iştirakından, müasir Azərbaycanda rusların həyat və fəaliyyətindən söz açılır. Film Azərbaycanın Rus İcmasının sifarişi və Moskva Hökumətinin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə çəkilib.