İyulun 23-də Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26 ili tamam oldu. Ağdam rayonunun 1094 kvadrat kilometr ərazisinin 882 kvadrat kilometri işğal altındadır. İşğal nəticəsində 122 kənd, o cümlədən 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey dağıdılaraq məhv edilib.
Hazırda rayonun inzibati mərkəzi Quzanlı qəsəbəsində yerləşir. Bu qəsəbənin, eləcə də Ağdamın işğal altında olmayan kəndlərinin abadlaşdırılması istiqamətində mühüm işlər görülüb.
İyulun 23-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Ağdamın köksünə dəyən yara” adlı dəyirmi masa keçirilib. Tədbirdə rayonda yerləşən tarixi abidələrin, mədəniyyət, memarlıq nümunələrinin, muzeylərin dağıdılıb talan edilməsindən danışılıb. Mövzuya dair videoçarx nümayiş edilib və kitab sərgisinə baxış keçirilib.