Görkəmli ziyalı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. 1877-ci ilin sentyabrınadək 56 nömrəsi işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, həqiqət carçısı olub.
Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunmağa başlayıb.
İyulun 22-də Azərbaycan Milli Kitabxanasında Milli Mətbuat Günü münasibətilə geniş kitab sərgisi açılıb. Sərgidə Həsən bəy Zərdabinin əsərləri, haqqında yazılan kitablar, Azərbaycanın milli mətbuat tarixini əks etdirən ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.