F.Köçərli adına Respublika Uşaq Kitabxanası oxucuları “Mən, yay, uşaqlar – ən yaxın dostlar” adlı layihədə iştirak etməyə dəvət edir.

Layihənin şərtləri:

Uşaq və yeniyetmələr valideynləri ilə birgə oxuduqları kitablardan birinə rəsm çəkməlidirlər.

Rəsmlər A3 formatında olmalı, sulu boya, karandaş və akvareldən istifadə edilə bilər.

Rəsmlər kitabxananın İncəsənət şöbəsinə təqdim edilməlidir.

Layihə 1 sentyabr 2019-cu il tarixinə kimi davam edəcək. Təqdim edilən rəsmlər 13 sentyabr 2019-cu il tarixində kitabxananın oxu zalında sərgilənəcək.

Layihədə iştirak edən uşaqlara, yeniyetmələrə və valideynlərə kitabxana tərəfindən kitablar hədiyyə ediləcək.

Əlaqə telefonu: (012) 597 08 79

E-mail: info@clb.az