Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-dan 28-dək ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçiriləcək.
Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə reallaşır. Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər dövlət qurumları tədbirin tərəfdaşları sırasındadır.
Gədəbəy rayonu ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, orijinal konsepsiya əsasında keçiriləcək festivala yerli iştirakçılar və qonaqlarla yanaşı, 20-yə yaxın xarici ölkədən fəxri qonaq və turistlərin gəlişi də gözlənilir.
Festivalın daha möhtəşəm və yaddaqalan keçirilməsi, həmçinin Gədəbəyin tarixi-mədəni irsinin və turizm potensialının yüksək səviyyədə təbliği üçün təşkilatçılar tərəfindən üç ay əvvəldən hazırlıq işlərinə başlanılıb.
Bu məqsədlə Miskinli yaylağının ərazisində “Yaylaq yurdu” adlı etno-qəsəbə salınıb. Etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud ocağı” (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, yaylaq süfrəsi (yaylaq mətbəxi) və digər tematik sahələr yaradılıb.
Etno-qəsəbənin iyul-avqust ayları ərzində turistlər və qonaqlar üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulub.
Festival çərçivəsində el şənliyi (etnoqrafik mədəni-idman tədbiri) də keçiriləcək.
Milli Yaylaq Festivalı şərti olaraq mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları, eko-etnoturizm adlı üç hissədən ibarət olacaq.
Turistlər üçün ekskursiyalar da təşkil ediləcək.Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-dan 28-dək ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçiriləcək.
Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə reallaşır. Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər dövlət qurumları tədbirin tərəfdaşları sırasındadır.
Gədəbəy rayonu ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, orijinal konsepsiya əsasında keçiriləcək festivala yerli iştirakçılar və qonaqlarla yanaşı, 20-yə yaxın xarici ölkədən fəxri qonaq və turistlərin gəlişi də gözlənilir.
Festivalın daha möhtəşəm və yaddaqalan keçirilməsi, həmçinin Gədəbəyin tarixi-mədəni irsinin və turizm potensialının yüksək səviyyədə təbliği üçün təşkilatçılar tərəfindən üç ay əvvəldən hazırlıq işlərinə başlanılıb.
Bu məqsədlə Miskinli yaylağının ərazisində “Yaylaq yurdu” adlı etno-qəsəbə salınıb. Etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud ocağı” (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, yaylaq süfrəsi (yaylaq mətbəxi) və digər tematik sahələr yaradılıb.
Etno-qəsəbənin iyul-avqust ayları ərzində turistlər və qonaqlar üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulub.
Festival çərçivəsində el şənliyi (etnoqrafik mədəni-idman tədbiri) də keçiriləcək.
Milli Yaylaq Festivalı şərti olaraq mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları, eko-etnoturizm adlı üç hissədən ibarət olacaq.
Turistlər üçün ekskursiyalar da təşkil ediləcək.