Ukraynanın Dnepr şəhərində küçələrdən birinə Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin adı verilib.

Dnepr Şəhər Şurasının deputatları Sobornı rayonunda yerləşən 8 Mart küçəsinə sənətkarın adının verilməsi barədə qərar qəbul ediblər. Küçəyə M.Maqomayevin adının verilməsi təklifi ilə “Dnepropetrovşina Azərbaycanlılarının Liqası” təşkilatı çıxış edib.