Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin fonduna yeni arxeoloji materiallar daxil edilib.
Muzeydən bildiriblər ki, materiallar Şəmkirdən tapılmış saxsı qablar və Əhəməni sarayından tapılmış Pasarqad tipli sütun altlığıdır.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, ekspedisiya rəhbəri Emil İsgəndərov tərəfindən muzeyə verilən materiallar e.ə. VI-IV əsrlərə aiddir və onlar arxeologiya tariximizin tədqiqi baxımından əhəmiyyətlidir.