Latviyanın ictimai televiziyasında yayımlanan “Dünyanın 700 möcüzəsi” adlı verilişin budəfəki mövzusu Azərbaycan olub.
Verilişdə Azərbaycanın xalq sənəti olan meyxananın incəlikləri, habelə məşhur qəzəlxan Əliağa Vahid barədə məlumat verilib.
Bildirilib ki, meyxananı ilk dəfə yazılı ədəbiyyata Əliağa Vahid gətirib. Qəzəlxan şair bu janrda öz qələmindən məharətlə istifadə edərək təsirli şəkildə ictimai-siyasi və tənqidi məzmunlu meyxanaları ilə çıxış edib, geniş rəğbət qazanıb.
Daha sonra ölkəmizdə daş üzərində oyma sənəti haqqında da süjet təqdim olunub.