Sabirabad Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirilib. İclası idarənin rəisi Əhməd Ramazanov açaraq 2019-cu ilin birinci yarım ilində görülmüş işlər və qarşıda duran vəzifələr, Mədəniyyət Nazirliyinin əmrlərinin, Kollegiya qərarlarının icrası barədə danışıb.
Şuranın məsul katibi Telman Əzimov ilin birinci yarısında regional idarənin əhatə etdiyi rayonlar üzrə müəssisələr tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verib. Daha sonra regional idarə üzrə tarix-diyarşünaslıq muzeyləri, Heydər Əliyev mərkəzləri və mədəniyyət mərkəzləri, rəsm qalereyaları, MKS-lər tərəfindən görülmüş işlər barədə məlumatlar dinlənilib.
Sonda idarə rəisi Əhməd Ramazanov çıxış edərək mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlərlə bağlı tapşırıqlar verib.