UNESCO tərəfindən 2019-cu il üzrə UNESCO-Yaponiya Gənc Tədqiqatçılar üçün Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edilib.
İnsan resursları üçün potensialın gücləndirilməsi üzrə Yaponiyanın Etimad Fondu tərəfindən layihələşdirilən bu proqram əsasən aşağıdakı tədqiqatların aparılmasına yönəlib:
ətraf mühit, xüsusilə fəlakət riskinin azaldılması;
mədəniyyətlərarası dialoq;
informasiya və kommunikasiya texnologiyaları;
münaqişələrin sülh yolu ilə həlli.
Gənc tədqiqatçıların bilik və imkanlarını gücləndirmək məqsədi daşıyan proqramda hökumət, qeyri-hökumət qurumları, universitetlər və elmi tədqiqat institutlarının nümayəndələri iştirak edə bilərlər.
Proqram üzrə son müraciət tarixi 29 noyabr 2019-cu ildir.
Ətraflı məlumat Mədəniyyət Nazirliyinin saytının (mct.gov.az) “Elanlar” bölməsində.