“Harri Potter və fəlsəfə daşı” kitabının raritet birinci nəşri 34 min 200 funt sterlinqə, yəni 41 min dollara satılıb.

Bu kitab 1997-ci ildə 500 nüsxə tirajla çapdan çıxıb. “Hansons Auctioneers” hərrac evindən bildirilib ki, birinci tirajın nüsxələrinin çoxu məktəb və kitabxanalara verilib. Buna görə də həmin nüsxə nadir sayılır. Kitabın ilk nəşrinin qiyməti cəmi 1 funt sterlinq olub.

Hərrac “Harri Potter”in müəllifi Coan Roulinqin ad günündə keçirilib. Raritet nəşri britaniyalı kolleksiyaçı alıb.